İstifadə Şərtləri
Diqqət! Xahiş olunur, www.caspiantextile.com (bundan sonra “Veb-sayt”) istifadə etməzdən öncə “Saytdan İstifadə Qaydaları” (bundan sonra ismin müvafiq halında “Qaydalar”) ilə ətraflı tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, bu halda könüllü Veb-saytı tərk edə bilərsiniz. Əks halda Veb-saytdakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət Qaydalardakı şərtlərlə bütünlüklə razı olduğunuz anlamına gələcək.
1. İstifadə olunan terminlər və anlayışlar
Bu İstifadə Qaydalarında işlədilən terminlər aşağıdakı mənaya malikdir:
• Şirkət/Satıcı – “Caspian Textile” MMC (VÖEN: 1202467601, Hüquqi ünvan: Bakı şəh., Həsən Əliyev 135A, Resant Plaza, 3. Mərtəbə, 304 ofis. Faktiki ünvan: Bakı şəhəri, Lökbatan qəs., Qobu Park 3, Bina 25.).
• Sayt- Caspian Textile MMC-yə aid caspiantextile.com saytı.
• İstifadəçi – Sayta daxil olan və bu Qaydalarda göstərilən şərtlərdə istifadə etməyə davam edən yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxs.
• İstifadəçi razılaşması – bu razılaşma, reklamların yerləşdirilmə Qaydaları və caspiantextile.com saytının işini tənzimləyən və ya Veb-saytda qeyd olunmuş Xidmətlərdən istifadə qaydalarını müəyyənləşdirən digər qaydalar və sənədlər.
• Xidmətlər – caspiantextile.com saytının istifadəçiləri üçün sərfəli funksional imkanlar, qulluq, xidmətlər, vasitələr.
• Mal / Məhsul – Saytda barəsində məlumat yerləşdirilmiş rəqəmsal, kompüter, məişət və digər texniki avadanlıqlar, məişət malları, digər mallar, proqram təminatı, aksesuarlar və əşyaya aid digər ləvazimatlar.
• Elan – mal barədə (əlaqə məlumatları, fotoşəkillər və hər hansı müvafiq bir məlumat da daxil olmaqla) təklif ilə əlaqədar caspiantextile.com saytında yerləşdirilən, qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanan məlumat.
• Alıcı – Satıcı tərəfindən yerləşdirilən elanlara baxan, mallarla əlaqədar Satıcı ilə qarşılıqlı əlaqədə olan və / və ya Satıcı ilə müqavilə bağlayan bir İstifadəçi.
• Sayta giriş məlumatları – saytda qeydiyyatdan keçərkən İstifadəçi tərəfindən müstəqil olaraq yaradılmış və ya daha sonra İstifadəçi tərəfindən Şəxsi kabinet vasitəsilə və ya Caspian Textile MMC tərəfindən müəyyən edilmiş başqa bir üsulla dəyişdirilmiş və caspiantextile.com saytında qeydiyyatdan keçdikdən sonra İstifadəçinin Şəxsi kabinetinə giriş üçün istifadə olunan unikal giriş (elektron poçt ünvanı) və şifrə.
• Şəxsi Kabinet – İstifadəçinin caspiantextile.com saytındakı İstifadəçi hesabı ilə əlaqədar saytda Caspian Textile MMC tərəfindən təklif olunan şərtlər daxilində təqdim olunan fərdi xidmətləri, həmçinin öz sifariş(lər)ini, sayta qoşulmağı / çıxmağı idarə edə biləcəyi şəxsi bölməsi.
• Qeydiyyat – İstifadəçinin caspiantextile.com istifadəçi interfeysinin xüsusi formasından istifadə edərək Şəxsi Kabinet yaratmaq və caspiantextile.com saytının fərdi xidmətlərinə giriş imkanını əldə etmək üçün sayta giriş məlumatlarını və digər məlumatları təqdim etməsi də daxil olmaqla caspiantextile.com saytının təlimatlarına uyğun olaraq etdiyi bir sıra hərəkətlərdir.
• İstifadəçi məlumatları – İstifadəçi tərəfindən caspiantextile.com saytından istifadə ilə əlaqədar Caspian Textile MMC-yə verilən hər hansı bir material və məlumatlar.
• Qanunvericilik – Bu istifadə qaydalarında nəzərdə tutulmuş öhdəliklərin icrası ilə əlaqəli və / və ya bu öhdəliklərin yerinə yetirilməsindən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi.